İmkanlar
Dərsi aparmaq üçün lazım olan alətlər — hamısını müəllim özü qurur.
Dərsi aparmaq üçün lazım olanlar
Hamısını müəllim özü qurur, admin gözləmək lazım deyil.
Qruplar və dərs cədvəli
Fənni, qrupu və həftəlik cədvəli özünüz yaradırsınız. Hər dərsin mövzusu və davamiyyəti qeyd olunur.
Vaxtlı ümumi sınaqlar
Sınaq təyin etdiyiniz saatda açılır və bağlanır. Qapalı suallar avtomatik yoxlanır, nəticə sınaq bitən kimi hazırdır.
PDF-dən sual bazası
Test toplusunun PDF-ini yükləyin: suallar, variantlar və şəkillər ayrılıb sual bazanıza düşür.
Mövzular və ev tapşırıqları
Mövzuya izah, fayl və tapşırıq əlavə edin. Tələbə cavabını kabinetindən göndərir, siz orada yoxlayırsınız.
Dərs videoları və materiallar
Dərsin yazısını və əlavə materialları yükləyin. Onları yalnız həmin qrupun tələbələri görür.
Ödənişlərin izlənməsi
Kim hansı ayı ödəyib, kimin borcu qalıb: qrup üzrə bir cədvəldə.
Valideyn kabineti
Valideyn övladının davamiyyətini, qiymətlərini və sınaq nəticələrini öz girişi ilə izləyir.
Mentor hesabları
Köməkçi müəllimə ayrıca giriş verin. O yalnız ona tapşırdığınız qrupları görür.