Suallar
Kursometr haqqında ən çox verilən suallar.
Tez-tez verilən suallar
Qeydiyyat pulludur?
Xeyr. Müəllim və tələbə qeydiyyatı pulsuzdur.
Ünvanım necə görünəcək?
Seçdiyiniz ad kursometr.com domeninin əvvəlinə yazılır, məsələn rahim.kursometr.com. Ünvan 3–32 simvol olur: kiçik latın hərfləri, rəqəmlər və defis.
Tələbələrim mənə necə qoşulur?
Ünvanınızı onlara göndərirsiniz. Orada qeydiyyatdan keçən tələbə avtomatik sizin tələbə siyahınıza düşür. Tələbəni kabinetdən özünüz də əlavə edə bilərsiniz.
Telefonda işləyir?
Bəli. Müəllim, tələbə və valideyn kabinetləri telefonun brauzerində açılır.
Başqa müəllimlər mənim tələbələrimi və suallarımı görür?
Xeyr. Hər müəllim yalnız özünün yaratdığı qrupları, tələbələri, sualları və sınaqları görür.
Hazır kurslardan necə istifadə edə bilərəm?
Kabinetdə «Paylaşılan kurslar» bölməsindən istədiyiniz kitabı seçib öz fənninizə köçürürsünüz — nəzəriyyələr, sınaqlar və izahlı suallar hazır gəlir. Köçürmə aylıq abunə ilə işləyir.